Milli komanda Samir Əliyevə həvalə olundu

17:06 - 28 Dekabr 2018

AFFA U-19 millisinin yeni baş məşqçisinin adını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, millini elit-raun mərhələsinə vəsiqə qazandıran Vüqar Məmmədlə yollar ayrılıb.

 

AFFA-nın Məşqçilər Komitəsi və baş katibliyin birgə müzakirələri, Məşqçilər Komitəsinin müvafiq təqdimatına əsasən, 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək Azərbaycan U-19 milli komandasının hazırlıq prosesinə start verilməsi məqsədilə baş məşqçi vəzifəsi Samir Əliyevə həvalə olunub.

 

Qeyd edək ki, Samir Əliyev "Səbail"də akademiyaya nəzarət edirdi. O, ötən mövsüm paytaxt klubunun baş məşqçisi olub.

Xəbər xətti