Co Koul "Çelsi"yə qayıtdı

17:55 - 28 Dekabr 2018

Karyerasını başa vuran Co Koul sabiq klubu “Çelsi”də çalışacaq.

 

Sportal.az xəbər verir ki, İngiltərə millisinin keçmiş üzvü London təmsilçisinin akademiyasında məşqçi kimi fəaliyyət göstərəcək.

 

Qeyd edək ki, Co Koul "Vest Hem" yetirməsidir. O, "Çelsi", "Liverpul", "Lill", "Aston Villa", "Koventri" klublarında çıxış edib. Koulun son klubu ABŞ təmsilçisi "Tampa Roudies" olub.

Xəbər xətti