Panama millisinin futbolçusu Azərbaycan klubundan imtina etdi

11:27 - 29 Dekabr 2018

Panama milli komandasının futbolçusu Armando Polo Azərbaycan Premyer Liqasında çıxış edən klubların birindən təklif alıb.

 

Sportal.az xəbər verir ki, ölkəsinin "Tauro" klubundan ayrılan 28 yaşlı vinqer Salvador təmsilçisi "Sonsonate"yə transfer olub. Polo açıqlamasında Azərbaycan da təklif aldığını söyləyib: "Azərbaycan, Honduras və Misir klublarından təklif almışdım. Ancaq mən "Sonsonate"yə gəlməyi üstün tutdum. Hədəflərim var və doğru qərar verdiyimi düşünürəm".

 

Qeyd edək ki, Armando 2010-cu ildən Panama yığmasına dəvət alır.

Xəbər xətti