Burak Yılmaz "Beşiktaş"la anlaşdı

12:07 - 29 Dekabr 2018

Cari mövsüm "Trabzonspor"da problemlərlə üzləşən Burak Yılmaz klubdan ayrılıb.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü karyerasını "Beşiktaş"da davam etdirəcək. İstanbul klubunun transferlərlə məşğul olan rəsmisi Umut Güner Trabzon təmsilçisiylə və futbolçunun agentiylə görüşüb. Anlaşmaya görə, "Trabzonspor"un Buraka olan borclarının dörddə üçünü "Beşiktaş" ödəyəcək. Qalan hissəni isə qara dəniz təmsilçisi öz boynuna götürüb. 33 yaşlı futbolçu "qara qartallar"da maaşının 3 milyon avro olmasına razılıq verib.

 

Transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

 

Qeyd edək ki, Burak Yılmaz ötən il Çinin "Beyiçzin Qoyan" klubundan "Trabzonspor"a keçmişdi. Burak 2006-2008-ci illərdə "Beşiktaş"da oynayıb. Təcrübəli hücumçu "Antalyaspor", "Manisaspor", "Fənərbağça", "Qalatasaray", "Əskişəhərspor" kimi klubların da şərəfini qoruyub.

Xəbər xətti