Reyes "Arsenal"a qayıdır

14:06 - 29 Dekabr 2018

Çin II Liqa təmsilçisi "Xinjianq Tianşan Leopard" klubunda oynayan ispaniyalı futbolçu Xose Antonio Reyes sabiq klubu "Arsenal"a qayıtmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı yarımmüdafiəçi Çin klubundan ayrıldıqdan sonra London klubuna üz tutacaq. İspaniya millisinin sabiq üzvü "topçular"da baş məşqçi Unai Emerinin məşqçi heyətinə qoşulacaq. Bu barədə İngiltərə mətbuatı xəbər yayıb. Emeri Reyeslə məsələylə bağlı danışıb və müsbət cavab alıb.

 

Qeyd edək ki, Reyes 2004-cü ildə "Sevilya"dan "Arsenal"a 20 milyon avro qarşılığında transfer olmuşdu.

Xəbər xətti