Emeridən Məhəmməd Salah etirafı

14:48 - 29 Dekabr 2018

"Arsenal"ın baş məşqçisi Unai Emeri "Liverpul"un ulduzu Məhəmməd Salahla bağlı açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispan mütəxəssis PSJ-də çalışdığı dönəm misirli hücumçunu transfer etmək fikrində olduqlarını deyib:

 

"PSJ-də işlədiyim dönəmdə Salahın transferiylə bağlı danışıqlar aparmışdıq. "Roma"da oynayırdı və biz bir qədər şübhələndik. Ancaq "Liverpul"a transfer olanda bütün şübhələri alt-üst etdi. Əgər dünyanın beş ən yaxşı futbolçusunu saysaq, Salah da onlardan biridir".

 

Qeyd edək ki, "Liverpul" 26 yaşlı futbolçunu "Roma"dan 2017-ci ilin yayında 50 milyon avroya transfer edib.

Xəbər xətti