"Tottenhem"in hücumçusunun La Liqa arzusu

17:51 - 29 Dekabr 2018

"Tottenhem"in hücumçusu Fernando Lyorente gələcək karyerasıyla bağlı danışıb.

 

Sportal.az xəbər verir ki, 33 yaşlı futbolçu karyerasında xüsusi yeri olan "Atletik"dən təklif alacağı halda, Bilbao klubuna gedəcəyini deyib: "Mövsümün sonunda müqaviləm başa çatır. "Tottenhem"dən yeni müqavilə təklifi almamışam. Klub şərtə görə, müqaviləni uzada bilər. Ancaq yenilik yoxdur. Nə baş verəcəyini Tanrı bilir. Əgər önümə "Atletik" çıxsa, böyük ehtimalla, "bəli" cavabını verəcəm. Getdiyim komandada dəyərli olduğumu görmək istəyirəm".

 

Qeyd edək ki, "Tottenhem" basklı hücumçunu 15 milyon avroya "Suonsi"dən transfer etmişdi. İspaniya millisinin sabiq üzvü 2005-2013-cü illərdə "Atlletik"də çıxış edib. Lyorente "Yuventus" və "Sevilya"da da çıxış edib.

Xəbər xətti