Təmkin Xəlilzadə "Sabah"da RƏSMİ

16:02 - 29 Dekabr 2018

“Sabah” qış fasiləsində növbəti transferini rəsmiləşdirib.

 

Sportal.az xəbər verir ki, "Qəbələ"dən ayrılan Təmkin Xəlilzadə "Sabah"da çıxış edəcək. 25 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, yeni klubunda 17 nömrəli forma geyinəcək.

 

Karyerası ərzində “Qarabağ”, “Şüvəlan”, “Zirə”də çıxış edən yarımmüdafiəçinin son klubu “Qəbələ” olub.

 

Təmkin əsas millimizdə 10 oyun keçirib, 1 qola imza atıb.

 

Xatırladaq ki, Xəlilzadə “Sabah”ın qış fasiləsində həyata keçirdiyi ikinci transferdir. Paytaxt klubu daha öncə Rəşad Eyubovla müqavilə bağlayıb.

Xəbər xətti