"Monako" "Beşiktaş"ın müdafiəçisini hədəfə aldı

14:14 - 30 Dekabr 2018

"Beşiktaş" müdafiəçisi Domaqoy Vida üçün yaxşı günlər yaşamayan "Monako"dan transfer təklifi alıb.

 

Sportal.az xəbər verir ki, Fransa klubu İstanbul klubuna xorvatiyalı müdafiəçi üçün 8-9 milyon avro civarında təklif ünvanlayıb. Bu barədə "Le Parisien" məlumat yayıb. "Beşiktaş" isə bu keçid üçün "knyazlıq klubu"ndan 12 milyon avro istəyib. Xəbərdə isə "Monako"nun "qara qartallar"ı 10 milyon avroya razı salmağa çalışacağı vurğulanıb.

 

Qeyd edək ki, Xorvatiya millisinin üzvü ilin əvvəlində Kiyev "Dinamo"sundan "Beşiktaş"a azad agent statusu ilə keçmişdi.

Xəbər xətti