Klopp: "Salah penaltini Firminoya həvalə edəndə az qala ağlayacaqdım"

16:46 - 30 Dekabr 2018

İngiltərə Premyer Liqasının 20-ci turunda evdə "Arsenal" 5-1 hesabı ilə qalib gələn "Liverpul"un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

 

Sportal.az xəbər verir ki, alman mütəxəssis çempionluq barədə danışmağın tez olduğunu deyib: 

 

"Arsenal"ı 5:1 hesabı ilə məğlub etmək az görünən hallardan biridir. Buna görə də mən və komandamız xoşbəxtik. Liverpul"un çempionluğunu indidən düşünmək axmaqlıq olar. Xal fərqinin 9 olması heç nə demək deyil. Bütün suallara mövsümün sonunda aydınlıq gələcək".

 

Klopp oyunda Məhəmməd Salahın Roberto Firminonun het-trik etməsi üçün penaltini ona həvalə etməsindən də danışıb:

 

"Salah topu Firminoya verəndə az qala ağlayacaqdım. Salahın qol vurmağa ac olduğunu hamımız bilirik. Ancaq o, topu Robertoya verdi və het-trik etməsinə şərait yaratdı". 

Xəbər xətti