Qvardiola: "Liverpul"u məğlub etməsək, çempionluq çətin olacaq"

13:47 - 31 Dekabr 2018

İngiltərə Premyer Liqasında yanvarın 3-də "Liverpul"u qəbul edəcək "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 47 yaşlı mütəxəssis "Liverpul"un hazırda dünyanın ən güclü komandası olduğunu deyib:

 

"Liverpul" hazırda dünyanın ən yaxşı komandasıdır. Çox əla formadadırlar. Əgər onları məğlub edə bilməsək, zənnimcə, çempionluq çətin olacaq. Əlbəttə, onlar da xal itirəcəklər. Ancaq bunun çox olacağını düşünmürəm. Buna görə də ancaq qələbə qazanmaq məcburiyyətindəyik".

 

Qeyd edək ki, cari mövsüm Premyer Liqada məğlub olmayan "Liverpul" 54 xalla turnir cədvəlinə başçılıq edir. 47 xalı olan "Mançester Siti" ikinci yerdə qərarlaşıb.

Xəbər xətti