Eddi İsrafilov: "Bu, indiyə qədər oynadığım ən yaxşı komandadır"

13:06 - 31 Dekabr 2018

Azərbaycan millisinin üzvü Eddi Silvestr Paskual İsrafilov İspaniyanın məşhur “Marca” nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Eddi Sequnda təmsilçisi “Alkorkon”da mövsümün ilk yarısındakı çıxışı haqda danışıb:

 

“Alkorkon”da xoşbəxtəm. Bir futbolçu kimi məni böyüdən komandadı. Böyük inam hissinə sahibəm və meydandakı hər andan zövq alıram. Baş məşqçimiz Kristobal Parraloya mənə verdiyi şansa görə minnətdaram. O, oyunçulara çox yaxındı və hamıdan ən yaxşı necə yararlanacağını bilir. Oyunu oxumaqda çox bacarıqlıdı”.

 

İsrafilov mövsümün ikinci hissəsində daha çətin olacağını söyləyib:

 

“Mükəmməl nəticələrimiz oldu. Ancaq mövsümün ikinci hissəsi daha çətin olacaq. Hədəflərimizə baxanda hansı çətinliklərlə qarşılaşacağımızı bilirik. Ancaq bacaracağımıza inanırıq, həmişə iş başında və əzmli olacağıq. Bu isə nəticəni gətirəcək”.

 

26 yaşlı yarımmüdafiəçi “Alkorkon”u karyerası ərzində ən yaxşı komanda adlandırıb:

 

“Müxtəlif təcrübələr yaşadım, bir neçə Sequnda klubunda çıxış etdim, amma “Alkorkon”da olan kimi komanda tapmamışdım. Bu, indiyə qədər oynadığım ən yaxşı komandadı. Azarkeşlər bizi həmişə irəli səsləyir və biz bütün dəstəyi hiss edirik. Təvazökar komandamız var, amma hədəflərimiz böyükdü. Məqsədimiz oyunumuzda stabillik yaratmaqdı. Bunu bacardıqdan sonra başqa bir şey haqda düşünə bilərik”.

 

Qeyd edək ki, ilin əvvəlindən “Alkorkon”da çıxış edən İsrafilov cari mövsüm 13 matçda 1 qol vurub.

Xəbər xətti