"Beşiktaş" hücumçusunu göndərir

17:06 - 31 Dekabr 2018

"Beşiktaş"da gözlənilənləri verməyən Kayl Larinlə bağlı yekun qərar verilib.

 

Sportal.az xəbər verir ki, klub rəhbərliyi kanadalı forvardla yolları ayırmağa qərar verib. 23 yaşlı hücumçu Super Liqanın debütnatı "Ərzurumspor"un maraq dairəsindədir. Ərzurum təmsilçisi Larinin keçidi üçün İstanbul klubu ilə danışıqlara başlayıb.

 

Larinlə Vaqner Lavı komandadan göndərməyə qərar verən "Beşiktaş" hücum xəttinə "Trabzonspor"dan Burak Yılmazın transferini tamamlayıb.

 

Qeyd edək ki, Kayl Larin cari mövsüm 17 oyuna 3 qol vurub, 2 assist edib.

Xəbər xətti