Azərbaycanlı məşqçi Türkiyə klubunda

15:03 - 1 Yanvar 2019

Azərbaycanlı məşqçi Asim İbrahimovun yeni klubu bəlli olub.

 

Sportal.az xəbər verir ki, mütəxəssis Türkiyənin II Liqasında mübarizə aparan “Darıca Gənclərbirliyi” klubunun baş məşqçisi təyin olunub. Klubun azərbaycanlı sahibi Rauf İsmayılov baş məşqçi postunu İsmayılova həvalə etməyi lazım bilib.

 

Qeyd edək ki, Asim İbrahimov əvvəllər ölkəmizdə MOİK, “Qaradağ Lökbatan”, “İnter”, “Turan” və “Neftçi”də çalışıb. O, Ukrayna 2-ci liqa təmsilçisi “Podolye” (Xmelnitski) klubunda da işləyib. Mütəxəssis Türkiyənin "Adanaspor" klubunda da fəaliyyət göstərib.

Xəbər xətti