"Qalatasaray"ın hücumçusu Bundesliqa klubunun maraq dairəsində

16:10 - 1 Yanvar 2019

"Qalatasaray"da zəif performansı ilə diqqət çəkən Ərən Dərdiyok klubdan ayrıla bilər.

 

Sportal.az xəbər verir ki, İsveçrə millisinin üzvünə Almaniya Bundesliqasından maraq var. "Hannover" klubu 30 yaşlı forvardın transferi üçün İstanbul təmsilçisinə rəsmi təklif göndərəcək. Əgər tərəflər arasında danışıqlar müsbət tamamlansa, Dərdiyok karyerasını Bundesliqada davam etdirəcək.

 

Qeyd edək ki, Ərən Dərdiyok 2016-cı ildə "Kasımpaşa"dan "Qalatasaray"a keçib.

Xəbər xətti