"Beşiktaş"dan göndəriləcək futbolçular

16:26 - 1 Yanvar 2019

"Beşiktaş" qış fasiləsində və mövsümün sonunda yaşı 30-dan çox olan ən azı 5 futbolçunu komandadan göndərmək istəyir.

 

Sportal.az xəbər verir ki, Vaqner Lav (34 yaş), Tolqa Zəngin (34 yaş), Rikardo Kuarejma (35 yaş), Atiba Hatçinson (35 yaş) və Gökhan Gönüllə (34 yaş) qış transfer pəncərəsində yollar ayrıla bilər. Adriano (34 yaş), Rayan Babel (32 yaş), Qari Medel (31 yaş) Mustafa Pektemeklə (30 yaş) isə qışda ayrılıq mümkün olmasa, mövsümün sonunda onlara da qapı göstəriləcək.

 

Baş məşqçi Şenol Günəş Jermain Lens (31 yaş) və Caner Erkinin (30 yaş) komandada qalmasına müsbət yanaşır.

Xəbər xətti