Levandovski: "Karyeramı "Bayern"də tamamlamaq istəyirəm"

00:06 - 2 Yanvar 2019

Adı bir çox klublarla hallanan Robert Levandovski karyerasına "Bayern"də son qoymaq istədiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, "Bild"ə danışan 30 yaşlı hücumçu təklifləri düşünmədiyini bildirib:

 

"Artıq uzun müddətdir ki, "Bayern"də oynayıram. Klubla 2021-ci ilə kimi müqaviləm var. Başqa yerə getməyi düşünmürəm. Bütün söz-söhbətləri kənara atın, ürəyim 100 faiz "Bayern"lədir. Bu kluba ürəkdən bağlıyam. Karyeramı da burada tamamlamaq istəyirəm".

 

Qeyd edək ki, Polşa millisinin üzvü 2014-cü ildə Dortmund "Borussiya"sından Münhen "Bayern"inə keçib.

Xəbər xətti