"İnter"dən "Mançester Yunayted"in futbolçusuna təklif

12:57 - 2 Yanvar 2019

"Mançester Yunayted"in cinah müdafiəçisi Eşli Yanq İtaliyanın "İnter" klubundan təklif alıb.

 

Sportal.az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. Xəbərdə qeyd edilib ki, Milan təmsilçisi 33 yaşlı futbolçuya 2 illik müqavilə təklif edib. Nəşrin iddiasına görə, ingilis futbolçu bu təklifi geri çevirəcək. Yanqın "Mançester Yunayted"dən ayrılmaq niyyətində olmadığı vurğulanıb.

 

Qeyd edək ki, Eşli Yanq 2011-ci ildə "Aston Villa"dan "Mançester Yunayted"ə keçib.

Xəbər xətti