Samir Abasovla ulduzu barışmadı, "Keşlə"yə keçdi

14:27 - 2 Yanvar 2019

"Zirə"də daha bir ayrılıq reallaşıb.

 

Sportal.az saytının xəbərinə görə, "qartallar"ın hücumçusu Vüsal İsgəndərli komandadan ayrılıb. Baş məşqçi Samir Abasovun gözünə girməyən 23 yaşlı futbolçu karyerasını "Keşlə"də davam etdirəcək. Tərəflər arasında danışıqlar müsbət tamamlanıb.

 

Qeyd edək ki, İsgəndərli 2015-ci ildən Bakıətrafı qəsəbə klubunda oynayırdı.

Xəbər xətti