"Vorskla"nın hücumçusu Azərbaycana gələ bilər: "Təkliflərim çoxdur"

14:46 - 2 Yanvar 2019

Adı "Zirə" ilə hallanan "Vorskla"nın hücumçusu Nikolas Kareka Sportal.az saytına açıqlama verib.

 

Braziliyalı hücumçu "qartallar"dan təklif aldığını təsdiqləyib və başqa klubların da maraq dairəsində olduğunu söyləyib:

 

"Tək "Zirə"dən deyil, başqa klublardan da təklif almışam. Ancaq bu işlə mən məşğul deyiləm. Agentim və yaxınlarım bütün detalları nəzərdən keçirirlər. 21 yaşım var və mən inkişafım üçün düzgün qərar verməliyəm".

 

21 yaşlı forvard Azərbaycan futbolu haqda geniş informasiyaya sahib olmadığını sözlərinə əlavə edib: "Qarabağ"a qarşı hər iki oyunda meydanda olmuşdum. Premyer Liqa barədə isə geniş informasiyam yoxdur".

 

Kareka müqavilə ilə Braziliyanın "Qremio" klubuna məxsusdur. Gənc hücumçu 2018-ci ildən Ukraynanın "Vorskla" klubunda icarə əsasında çıxış edir. Onun Poltava klubu ilə müqaviləsinin başa çatmasına altı ay var.

 

Qeyd edək ki, forvard Avropa Liqasının qrup mərhələsində "Vorskla"nın heyətində "Qarabağ"la oyunların hər ikisində meydanda olub.

Xəbər xətti