Renat Dadaşov Portuqaliyada ən yaxşı gənc futbolçular arasında

16:26 - 2 Yanvar 2019

Azərbaycan millisinin və Portuqaliyanın “Eştoril” klubunun futbolçusu Renat Dadaşov Sequndada mövsümün ilk yarısının ən yaxşı gənc futbolçuları arasında yer alıb.

 

Sportal.az xəbər verir ki, 19 yaşlı futbolçu məşqçilər arasında keçirilən səsvermədə 2 səslə 2-cı yeri tutub. Renat yalnız “Benfika”nın futbolçusu Joau Filipedən geri qalıb. Jota ləqəbli oyunçu 6 səs toplayıb.

 

Qeyd edək ki, Dadaşov bu mövsüm Sequndada meydana çıxdığı 12 matçda 4 qol vurub.

Xəbər xətti