"İnter" Modriçin əvəzinə həmyerlisini hədəfə aldı

16:48 - 2 Yanvar 2019

"Real"dan Luka Modriçi transfer edə bilməyən "İnter" xorvatiyalı yarımmüdafiəçinin alternativini tapıb.

 

Sportal.az xəbər verir ki, Milan təmsilçisi Madrid klubunun digər xorvatiyalısı Mateo Kovaçiçə göz dikib. İtaliya mətbuatının məlumatına görə, orta sahədə liderliyi Kovaçiçə həvalə etmək istəyən "mavi-qaralar" mövsümün sonunu gözləyir. Belə ki, Kovaçiç hazırda "Çelsi"də icarə əsasında çıxış edir. "İnter" 24 yaşlı yarımmüdafiəçi üçün mövsümün sonunda rəsmi təklif göndərəcək.

 

Qeyd edək ki, Xorvatiya millisinin üzvü 2015-ci ildə "İnter"dən "Real"a 29 milyon avro qarşılığında transfer olmuşdu.

Xəbər xətti