"Liverpul" hücumçusunu icarəyə verir

17:08 - 2 Yanvar 2019

"Liverpul" əsas heyətdə özünə yer tapa bilməyən Dominik Solankeni icarəyə verməyi düşünür.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı forvardı Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas" heyətində görmək istəyir. Hücumçunun adı "Şalke" ilə də hallansa da, Bundesliqa klubu yayılan xəbərləri təkzib edib.

 

İngiltərə millisinin üzvünün "Kristal Pelas"a icarəyə veriləcəyi gözlənilir.

 

Qeyd edək ki, Solanke 2017-ci ildə "Çelsi"dən "Liverpul"a keçib.

Xəbər xətti