Sadiq Quliyev: "Zirə"dən ayrılmamışam"

17:33 - 2 Yanvar 2019

Sadiq Quliyevin "Zirə"dən ayrıldığı ilə bağlı xəbərlər təsdiqini tapmayıb.

 

Sportal.az saytına danışan 23 yaşlı müdafiəçisi şaiyələri təkzib edib: "Zirə"dən ayrılmamışam. Yayılan xəbərlər həqiqəti əks etdirmir. "Zirə" ilə mövsümün sonuna kimi müqaviləm var. Yanvarda klubdan ayrılmayacam".

 

Qeyd edək ki, Quliyev 2017-ci ilin yayında "Zirə"yə keçmişdi. O, "qartallar"da 2015/16 mövsümündə icarə əsasında da çıxış edib. Həmin dönəm komandanın əvəzedilməz simalarından olan gənc oyunçu "Zirə"nin ilk mövsümündə gümüş medallar qazanmasında xidməti olmuşdu.

Xəbər xətti