"Yuventus" rəsmisi: "Remzini transfer etmək istəyirik"

18:02 - 2 Yanvar 2019

Mövsümün sonunda "Arsenal"la müqaviləsi başa çatacaq Aaron Remzinin adı "Yuventus"la hallanır.

 

Sportal.az xəbər verir ki, "qoca sinyora"nın idman direktoru Fabio Paratiki Uels millisinin üzvüylə maraqlandıqlarını təsdiq edib:

 

"Bəli, biz Remziylə maraqlanırıq. O, uzun illər yüksək səviyyədə oynayan güclü yarımmüdafiəçidir. Ancaq indi "Arsenal"ın futbolçusudur. Nələr olacağını gələcəkdə biləcəyik".

 

İtaliya mətbuatı "Yuventus"un Remziyə illik 10 milyon avro maaş olmaqla müqavilə təklif etdiyini yazmışdı.

 

Qeyd edək ki, 2008-ci ildə "topçular"da çıxış edən 27 yaşlı yarımmüdafiəçi cari mövsüm 24 oyuna 3 qol vurub, 6 assist edib.

 

Xəbər xətti