Fabreqas "Monako"nun bir addımlığında

18:15 - 2 Yanvar 2019

"Çelsi"dən ayrılmağa qərar verən Sesk Fabreqas karyerasını Fransa I Liqasında davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi mövsümə uğursuz başlayan "Monako" ilə danışıqları tamamlamaq üzrədir. İspaniyalı yarımmüdafiəçinin transferinin gələn həftəyə kimi həll olunacağı barədə Fransa mətbuatına xəbərlər yayılıb.

 

"Knyazlıq klubu"nun baş məşqçisi Tyerri Anri "Arsenal"da birgə çıxış etdiyi futbolçunu komandaya gətirilməsini istəyir.

 

Qeyd edək ki, Fabreqas 2014-cü ildən "Çelsi"də çıxış edir.

 

Xəbər xətti