Emenikenin aşağı liqa klubuna transferi baş tutmadı

00:18 - 3 Yanvar 2019

Türkiyə I Liqasında mövsümün ilk yarısını ikinci pillədə başa vuran "Dənizlispor"un transfer hədəfində olan Emmanuel Emenikenin keçidi baş tutmayıb.

 

Sportal.az xəbər verir ki, azad agent statusu daşıyan nigeriyalı forvard Dənizli təmislçisindən yüksək maaş tələb etməsi keçidə əngəl olub. Bundan əlavə, klub uzun müddət futbolsuz qalan hücumçunun transferində riskli addım atmaq istəməyib.

 

Qeyd edək ki, Emenike ötən yay "Olimpiakos"dan ayrıldıqdan sonra klubsuzdur. 31 yaşlı forvard "Karabükspor", "Spartak", "Fənərbağça", "Əl-Əyn", "Ves Hem" kimi klublarda çıxış edib.

Xəbər xətti