Volkan Dəmirəl üzr istədi: əfv olundu

13:13 - 3 Yanvar 2019

Klubun vitse-prezidenti Semih Özsoya qarşı hörmətsizlik etdiyi üçün əvəzedici komandaya göndərilən "Fənərbağça"nın kapitanı Volkan Dəmirəl əfv edilib.

 

Sportal.az xəbər verir ki, 37 yaşlı qolkiper bu gün keçirdiyi mətbuat konfransında klubun prezidenti Ali Koç və vitse-prezidenti Semih Özsoydan üzr istəyib. O, "Fənərbağça" camiəsindən bağışlanılmasını istəyib.

 

 

Klub Dəmirəli bağışlayıb və o, əsas komandaya qayıdıb.

 

Qeyd edək ki, Volkan 2002-ci ildən İstanbul klubunda çıxış edir.

Xəbər xətti