"Barselona"nın futbolçusu "Everton"la Çin klubunun hədəfində

14:14 - 3 Yanvar 2019

"Barselona"nın yay transferi Malkon Kataloniya klubundan ayrıla bilər.

 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, braziliyalı vinqerlə "Everton" klubu maraqlanır. Liverpul təmsilçisi bu keçid üçün rəsmi təklifə hazırlaşır.

 

Gənc futbolçunun transferi üçün Çinin "Quançjou Everqrand" klubu 50 milyon avroluq təklif ünvanlayıb. Kataloniya təmsilçisi təkliflərdən sonra yekun qərar verəcək.

 

Xəbərdə qeyd edilib ki, Malkon "Barselona"da qalmağı düşünür.

 

Qeyd edək ki, 21 yaşlı futbolçu yayda "Bordo"dan 40 milyon avro qarşılığında "Barselona"ya üz tutmuşdu. O, La Liqada cəmi 97 dəqiqə oynayıb.

Xəbər xətti