"Atletiko" Qodinlə yolları ayırır

16:10 - 3 Yanvar 2019

"Atletiko" təcrübəli müdafiəçisi Dieqo Qodinlə yolları ayırmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Uruqvay millisinin üzvü "hindular"ın yeni müqavilə təklifini qəbul etməyib. Mövsümün sonunda Madrid klubu ilə müqaviləsi başa çatacaq 32 yaşlı futbolçu ilə maraqlanan klublardan biri "Mançester Yunayted"dir. Qodinin yanvar ayında da madridlilərdən ayrılması mümkündür.

 

Qeyd edək ki, "Atletiko" Qodini 2010-cu ildə "Vilyarreal"dan 8 milyon avroya transfer edib.

Xəbər xətti