Görün, "Keşlə"yə müqavilənin xitam verilməsi üçün hansı şərt irəli sürdü

16:20 - 3 Yanvar 2019

Qambiya milli komandasının üzvü Ebrima Sohnanın "Keşlə” klubundan ayrılmasının detalları məlum olub.

 

Sportal.az xəbər verir ki, yarımmüdafiəçi mövsümün sonunda başa çatacaq müqaviləsinə xitam verilməsi üçün "Keşlə”nin qarşısına şərt qoyub.

 

30 yaşlı futbolçu müqaviləsinə vaxtından əvvəl pozulması üçün "Keşlə” rəhbərliyindən heç bir məbləğ istəməyib. O, ölkəmizdən gedən zaman kifayət qədər yükünün olduğunu, "Keşlə”dən məhz baqajlarının pulunu ödəməsini tələb edib. Paytaxt klubunun rəhbərliyi də futbolçunun təklifini qəbul edib. Beləliklə, "Keşlə” futbolçunun artıq baqajlarının pulunu ödəyərək, müqaviləyə xitam verib.

 

Qeyd edək ki, Sohna Yuri Maksimovun dönəmində "Keşlə”yə cəlb olunub. O, paytaxt təmsilçisinin heyətində Azərbaycan kubokunun qalibi olub. (Futbol11.az)

Xəbər xətti