Sulşer: "Mançester Yunayted"dən ayrılmaq istəmirəm"

16:47 - 3 Yanvar 2019

Jose Mourinyonun qovulmasından sonra "Mançester Yunayted"in "sükanı arxası"na keçən Ole-Qunner Sulşer klubdan ayrılmaq istəmədiyini deyib.

 

Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"la mövsümün sonuna kimi müqavilə bağlayan 45 yaşlı çalışdırıcı uzun illər komandadan olmaq istədiyini dilə gətirib: "Hələ üst səviyyəyə qalxmamışıq. Bunun üçün çalışırıq. Mançester Yunayted"dən ayrılmaq istəmirəm. Əlimdən gələn qədər klubda uzun müddət qalmaq fikrim var".

 

Qeyd edək ki, "Mançester Yunayted" Sulşerin rəhbərliyi altında keçirdiyi dörd oyunda qalib gəlib.

Xəbər xətti