"Ərzurumspor" Şehiç üçün iki milyon avro tələb etdi

18:05 - 3 Yanvar 2019

Onur Kıvrakı əsas heyətdən uzaqlaşdıran "Trabzonspor" qapını gənc qolkiper Uğurcan Çakıra əmanət etdi. Türkiyə klubu çərçivəni təcrübəli qapıçıya həvalə etmək üçün axtarışlara başlayıb.

 

Sportal.az xəbər verir ki, "bordo-mavilər" Super Liqanın debütantı "Ərzurumspor"un qolkiperi İbrahim Şehiçlə maraqlanır. 30 yaşlı qapıçı Ərzurum təmsilçisində maliyyə problemləriylə üzləşdiyi üçün "Trabzonspor"a transfer olmağa müsbət yanaşır. Lakin "Ərzurumspor" şehiçi asan şəkildə əldən buraxmaq fikrində deyil. Debütant Bosniya və Herseqovina yığmasının üzvü üçün 2 milyon avro tələb edir. 

 

Qeyd edək ki, Şehiç ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq, "Ərzurumspor"a keçmişdi. Mövsümün gedişində qolkiperin adı "Qalatasaray"la da hallanırdı.

Xəbər xətti