"Liverpul"a ilk məğlubiyyəti "Mançester Siti" yaşatdı VİDEO

02:04 - 4 Yanvar 2019

İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, lider "Liverpul" səfərdə "Mançester Siti"nin qonağı olub. Oyunun ilk hissəsinin 40-cı dəqiqəsində meydan sahibləri Serxio Aqueronun qoluyla hesabı açıb. Fasilədən sonra qonaqlar 64-cü dəqiqədə Roberto Firminonun fərqlənməsindən sonra status-kvonu bərpa ediblər. Lakin Leroy Sane 72-ci dəqiqədə "Mançester Siti"yə 3 xal qazandıran qolun müəllifi olub. Beləliklə, turun vacib görüşündə "şəhərlilər" lideri məğlub yola salıb. Bu, Yurgen Kloppun yetirmələrinin cari mövsüm Premyer Liqada ilk yenilgisi olub.

 

Premyer Liqanın turnir cədvəlinə 54 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 50 xalla 2-ci, "Tottenhem" 48 xalla 3-cü, "Çelsi" 44 xalla 4-cüdür.

 

"Mançester Siti" 2-1 "Liverpul"
Qollar:
Serxio Aquero, 40, Leroy Sane,72 - Roberto Firmino, 64
 

 

 

Xəbər xətti