"Tottenhem"də yeni müqavilə

13:57 - 4 Yanvar 2019

"Tottenhem" mövsümün sonunda müqaviləsi başa çatacaq Tobi Alderveyreldlə müqaviləni uzadıb.

 

Sportal.az xəbər verir ki, London klubu müqavilənin şərtinə uyğun olaraq, 29 yaşlı müdafiəçiylə anlaşmanı bir il uzadıb. Belçika millisinin üzvü 2020-ci ilin yayına kimi "mahmuzlar"da çıxış edəcək.

 

Qeyd edək ki, belçikalı müdafiəçi 2015-ci ildə 11,5 milyon funt-sterlinq qarşılığında "Atletiko"dan "Tottenhem"ə transfer edilib.

Xəbər xətti