"Liverpul" müdafiəçisini icarəyə verir

14:05 - 4 Yanvar 2019

"Liverpul"da cari mövsüm az forma şansı qazanan Nataniel Klayn klubunu dəyişmək istəyir.

 

Sportal.az xəbər verir ki, "qırmızılar" ingilis müdafiəçini icarəyə verəcək. 27 yaşlı futbolçunun xidmətində "Bornmut" maraqlıdır. "Gilaslar"ın çalışdırıcısı Eddi Hoy Klaynı sərəncamında görmək istəyir. Bu səbəbdən də "Bornmut" Klaynı icarəyə götürmək üçün rəsmi təklif göndərəcək. Bundan əlavə, sağ cinah müdafiəçisi "Kardiff Siti"nin də transfer hədəfindədir.

 

Qeyd edək ki, Klayn 2015-ci ildə 12,5 milyon funt-sterlinqə "Sauthempton"dan "Liverpul"a keçib.

Xəbər xətti