Zaqatalalılar «Zaqatala»ya qarşı…

14:48 - 4 Yanvar 2019

Yanvarın 2-də Zaqatala qeyri-adi futbol matçı keçirilib. U-15 Liqasında çıxış edən «Zaqatala» və ölkənin müxtəlif futbol akademiyalarında çıxış edən zaqatalalı gənclərdən təşkil olunmuş «Daşqın»la qarşılaşıb. Zaqatala şəhər stadionunun ehtiyat meydanında təşkil olunmuş oyunda komandalar meydana aşağıdakı heyətlə çıxıblar:

 

«Zaqatala»: Eldar Tərlanov, Zübeyir Əliyev, Muxtar Məmmədov, Orxan Balayev, Rəvan Quliyev, Sənan Musayev, Məhəmməd Əliyev, Xəyal Əmirov, Aqil Nəzərli, Seyidəli Xalitov, Nicat Məmmədzadə, Məhəmməd Cəfərov, Tamerlan Məmmədov, Xaqani Məmmədov. Bu futbolçulardan başqa «Qəbələ»nin U-15 komandasının və U-15 millimizin üzvü İbrahim Ramazanov, «Səbail»in əvəzedici komandasının futbolçusu Əsədulla Heydərov və «Zaqatala»nın əsas komandasından Ramin Əhmədov da İslam Şabanovun rəhbərlik etdiyi U-15 komandasının heyətində yer alıblar.

 

«Daşqın»: Vüsal Şabanov («Qəbələ» U-17, U-17 millisi), Denis Əsədullayev, Həsən Həsənli (hər ikisi «Qarabağ» U-16), İbrahim Məmmədov, Şaban Qaflanov, İsmayıl Qasarayev, Nail Əhmədov, Uveys Abakarov (hamısı İsgəndər Cavadov BFA U-16), Əfşan Hudulov, Bayraməli Qurbanov (hər ikisi «Səbail» U-17), Süleyman Damadayev («Qəbələ» U-16, U-16 millisi), Zakir Əzizov («Qarabağ» U-16), Xanov Qleqov, Mövləddin Davudov (hər ikisi «Keşlə» U-17), Fərda Qurbanov («Zirə» U-16), Elnar Şabanov, Fəqan Ömərov (hər ikisi «Zirə», U-17), Yahya Əliyev («Sumqayıt» U-17), Vüqar Məmmədli («Sabah» U-16). «Daşqın»ı meydana klubun prezidenti Vaqif Qurbanov çıxarıb. 

 

Futbolçuların yaş fərqinə baxmayaraq, oyun olduqca maraqlı keçib və dostluq görüşünə xas heç-heçə qeydə alınıb – 2:2. «Zaqatala»dan Zübeyir Əliyevlə Ramin Əhmədov, «Daşqın»dan isə İsmayıl Qasarayevlə Xanov Qleqov fərqləniblər.

 
«Het-trik news»

 

Xəbər xətti