"Keşlə" I Divizion klubu ilə qarşılaşacaq

16:53 - 4 Yanvar 2019

"Keşlə" qış hazırlığına öncə Bakı şəhərində start verəcək.

 

Sportal.az klubun "facebook" səhifəsinə istinadən xəbər verir ki, paytaxt klubu yanvarın 5-də bir araya gələrək, məşqə başlayacaq. Yanvar ayının 9-da isə Tərlan Əhmədovun kollektivi 1-ci Divizion təmsilçisi "Qaradağ Lökbatan"la yoxlama matçı keçirməyi planlaşdırır.

 

Görüşün "Neftçi"nin bazasında keçirilməsi nəzərdə tutulur.

Xəbər xətti