"Çelsi" PSV-nin ulduzu üçün 40 milyon təklif edəcək

17:28 - 4 Yanvar 2019

PSV-nin ulduzu İrvinq Losano "Çelsi"nin transfer hədəfindədir.

 

Sportal.az "Calciomercato"ya istinadən xəbər verir ki, London klubu 23 yaşlı vinqer üçün 40 milyon avro ödəməyə hazırdır. "Zadəganlar" bu keçid üçün PSV-yə rəsmi təklif göndərəcək. Məlumatda Losanonun "Napoli", "Atletiko" və "Barselona"nın da maraq dairəsində olduğu vurğulanıb.

 

Qeyd edək ki, osano 2017-ci ildə "Paçuka"dan 8 milyon avroya PSV-yə transfer olub.

Xəbər xətti