Səmədov 450 min avroya rədd cavabı verdi

22:56 - 4 Yanvar 2019

Aleksandr Səmədovla yolları ayırmaq istəyən "Spartak” futbolçunu razı salmağa çalışır.

 

Sportal.az "sports.ru"ya istinadən xəbər verir ki, Moskva klubu Azərbaycan əsilli yarımmüdafiəçi ilə 2019-cu ilin yayına qədər olan müqaviləyə xitam vermək üçün 450 min avro təklif edib. Lakin 34 yaşlı futbolçu paytaxt klubunun bu təklifinə müsbət yanaşmayıb. Səmədov müqaviləsinin sonuna kimi "Spartak"da qalmaq niyyətindədir.

 

Qeyd edək ki, Səmədov Moskva "Dinamo"sunun hədəfindədir.

Xəbər xətti