Sabiq "Qarabağ"lı üçün 700 min avroluq təklif

01:20 - 5 Yanvar 2019

Onur Kıvrakı əsas heyətdən uzaqlaşdıran "Trabzonspor" qapıçı axtarışlarını davam etdirir.

 

Sportal.az "futbolarena"ya istinadən xəbər verir ki, "bordo-mavilər" Super Liqanın debütantı "Ərzurumspor"un qolkiperi İbrahim Şehiçi rənglərinə bağlamaq istəyir. Trabzonlular artıq qarşı tərəfə 700 min avroluq təklif ünvanlayıb.

 

30 yaşlı qapıçı Ərzurum təmsilçisində maliyyə problemləriylə üzləşdiyi üçün "Trabzonspor"a transfer olmağa müsbət yanaşır.

 

Daha öncə "Ərzurumspor" Sehiçin transferi üçün 2 milyon avro tələb etdiyi barədə məlumat yayılmışdı.

 

Şehiç ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq, "Ərzurumspor"a keçmişdi. Mövsümün gedişində qolkiperin adı "Qalatasaray"la da hallanırdı. 

 

Qeyd edək ki, Bosniya və Herseqovina yığmasının üzvü cari mövsüm 15 oyundan sonra qapısında 16 top görüb. O, 4 oyunda qapısını toxunulmaz saxlayıb. Şehiçin "Ərzurumspor"la 2020-ci ilin yayına kimi müqaviləsi var.

Xəbər xətti