Çexiyalı baş məşqçi azərbaycanlı futbolçuyla bağlı qərar verdi: müqavilə uzadılsın!

13:13 - 5 Yanvar 2019

Çexiyanın "Slaviya" klubunun U-19 komandasında çıxış edən Fərid Nəbiyev gözləntiləri doğrultmağı bacarır.

 

Sportal.az saytının əldə etdiyi məlumata görə, 19 yaşlı vinqerlə yeni müqavilə imzalanacaq. Əsas komandanın baş məşqçisi Yindrix Trpişovski Nəbiyevlə bağlı müsbət fikirdədir. 42 yaşlı çalışdırıcı U-21 millimizin üzvünü gələcək planlarında görür. Çexiyalı mütəxəssis gənc futbolçunu tez-tez əsas komandaya çağırır. Trpişovski yaxın gələcəkdə Fəridi əsas komanda ilə oyunlara da buraxmağı düşünür.

 

Nəbiyevin müqaviləsi 2020-ci ildə başa çatacaq. Lakin klub onunla yeni uzunmüddətli saziş bağlayacaq.

 

Qeyd edək ki, Fərid "Qəbələ"nin yetirməsidir. O, 2017-ci ildə Praqa klubuna keçib. Nəbiyev cari mövsüm 11 qol vurub, 3 məhsuldar ötürmə edib.

Xəbər xətti