Millimizin futbolçusu Türkiyə klubunun hədəfində

14:09 - 5 Yanvar 2019

"Keşlə"nin müdafiəçisi Sertan Taşkın karyerasını Türkiyədə davam etdirə bilər.

 

Sportal.az "yeniasir.com.tr" saytına istinadən xəbər verir ki, U-21 millimizin üzvü Sport toto I Liqada mübarizə aparan "Altay" klubunun transfer hədəfindədir. Məlumata görə, 21 yaşlı futbolçu "Altay"a məsləhət görülüb. Müdafiəni gücləndirmək istəyən klub "Keşlə" ilə danışıqlara başlayacaq.

 

Qeyd edək ki, Sertan "Keşlə"nin yetirməsidir. Onun paytaxt klubu ilə müqaviləsi 2020-ci ilin yayında bitəcək.

Xəbər xətti