Orxan Sadıqlı: "Klub tapmasam, xaricə yollanacam"

14:31 - 5 Yanvar 2019

"Hələ ki, yenilik yoxdur. Yalnız bir variantım var. Alınsa, transferim baş tutacaq. Əgər reallaşmasa, "Keşlə"nin əvəzedicilərinə yollanacam".

 

Bu sözləri Sportal.az saytına açıqlamasında "Keşlə"nin qapıçısı Orxan Sadıqlı deyib. Mövsümün ilk yarısını "Sumqayıt"da icarə əsasında keçirən qolkiperə "Keşlə" yeni klub axtarmağı tapşırıb. Baş məşqçi Tərlan Əhmədovun planlarında yer almayan 25 yaşlı əlcək sahibi klub tapmasa, əvəzedici komandaya gedəcəyini deyib:

 

"Böyük səhvim "Sumqayıt"a getmək oldu. Orda karyeram alınmadı. Geri dönəndə isə məni qəbul etmədilər. Qışda xaricə çıxmaq çətindir. Özü də qapıçı üçün daha çətin olur. Klub tapmasam, "Keşlə"nin əvəzedicilərində çıxış edəcəm. Yaya kimi formamı saxlamaq üçün çalışaca. Yayda ölkə daxilində klub tapmasam, xaricə yollanacam. Görək, nələr baş verək".

 

Qeyd edək ki, "Xəzər Lənkəran"ın yetirməsinin "Keşlə" ilə müqaviləsi mövsümün sonuna qədərdir.

Xəbər xətti