Vaqif Cavadov "Keşlə"dən rəsmən getdi: Ölkə xaricinə üz tutur

15:33 - 5 Yanvar 2019

"Keşlə" Vaqif Cavadovla yolları artıq rəsmən ayırıb.

 

Sportal.az saytının məlumatına görə, 29 yaşlı futbolçu paytaxt klubunda qalmaq istəsə də, baş məşqçi Tərlan Əhmədov ona planlarında olmadığını söyləyib.

 

Cavadov Türkiyə və Rusiyada klub axtarır. Millimizin sabiq üzvü Azərbaycanda heç bir klubun hədəfində olmadığı üçün ölkə xaricinə yollanmağa qərar verib.

 

Qeyd edək ki, Cavadov ötən mövsümün qış fasiləsində "Keşlə"yə 6 ay futbolsuz qaldıqdan sonra keçmişdi. Vaqif ölkə xaricində "Tvente", "Volqa", "Qaziantep BB" və "Boluspor" klublarında çıxış edib.

Xəbər xətti