"Liverpul"un futbolçusu "Fənərbağça"dan imtina etdi

17:58 - 5 Yanvar 2019

"Fənərbağça" "Liverpul"un yarımmüdafiəçisi Adam Lallananı icarəyə götürmək istəsə də, bu keçid baş tutmayıb.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü Türkiyəyə gəlməkdən imtina edib. 30 yaşlı yarımmüdafiəçi mersisaydlılarda qalmağa üstünlük verib.

 

Qeyd edək ki, "Liverpul" Lallananı 2014-cü ildə "Sauthempton"dan 25 milyon funt-sterlinqə transfer edib.

Xəbər xətti