"Neftçi"nin hücumçusu "Partizani"yə keçir

23:49 - 5 Yanvar 2019

"Neftçi"də gözləntilərin altında qalan Kvame Karikari karyerasını Albaniyada davam etdirə bilər.  

 

Sportal.az "newsport.al" saytına istinadən xəbər verir ki, "Partizani" klubu qanalı forvardın xidmətində maraqlıdır. Klubun baş direktoru Olsi Rama bu keçid üçün "Neftçi"ylə danışıqlar aparıb. Məlumata görə, danışıqlar müsbət tamamlanıb. 26 yaşlı oyunçunun "Partizani" ilə müqavilə imzalayacağı gözlənilir.

 

Qeyd edək ki, Kvame Karikari "Neftçi"yə mövsümün əvvəlində Qətərin "Əl Ərəbi” klubundan keçib.

Xəbər xətti