Mourinyodan "Benfika"ya rədd cavabı

14:05 - 6 Yanvar 2019

Baş məşqçisi Rui Vitoriya ilə yolları ayıran "Benfika" yeni çalışdırıcı axtarır.

 

Sportal.az "Record"a istinadən xəbər verir ki, Portuqaliya təmsilçisi "Mançester Yunayted"dən göndərilən Joze Mourinyoya təklif göndərib. 55 yaşlı mütəxəssis bu təklifi qəbul etməyib.

 

Qeyd edək ki, portuqaliyalı mütəxəssis "Benfika"nın əzəli rəqibi "Portu"da mühüm uğurlar qazanıb.

Xəbər xətti