Əmrə Mor qalmaqala səbəb oldu: baş məşqçini aldadıb Dubayda əylənib

00:06 - 7 Yanvar 2019

Türkiyə millisinin üzvü Əmrə Mor İspaniyanın "Selta" klubunda qalmaqala səbəb olub.

 

Sportal.az xəbər verir ki, xəstələndiyini söyləyən 21 yaşlı yarımmüdafiəçi 2019-cu ildə ilk məşqinə bu gün çıxıb. Lakin İspaniya mətbuatı Əmrənin xəstələnmədiyini, Dubaya dincəlməyə yollandığını yazıb. İddiaya görə, türkiyəli futbolçu gecə klublarında olub, parti təşkil edib.

 

Məsələ ilə bağlı danışan Viqo klubunun baş məşqçisi Migel Kardoso bunları söyləyib: "Əmrə yeni ildən sonra ilk dəfə məşqə çıxdı. Bu ərəfələrdə xəstə idi. Ötən gün məşqə gələcəkdi, amma özünü yaxşı hiss etmədyini bildirib. Bu gün vəziyyəti yaxşı görünürdü. Əgər Əmrə həqiqətən də Dubayda olubsa, artıq mənim üçün o adam ölüb! O, yeni ildə mənə mesaj yolladı ki, hələ də xəstəyəm. Yeni il günün səhəri isə həkim onu yoxlayıb və mənə yaxşı olduğunu söyləyib. Bu məsələni araşdıracağıq".

 

Qeyd edək ki, Əmrə Mor 2017-ci ildən "Selta"da çıxış edir.

Xəbər xətti