Səmədov millimizin üzvüylə eyni klubda

10:54 - 7 Yanvar 2019

"Spartak"dan ayrılan Aleksandr Səmədovun yeni klubu bəlli olub.

 

Sportal.az "championat.com"a istinadən xəbər verir ki, Azərbaycan əsilli rusiyalı futbolçu "Krılya Sovetov"la anlaşıb. Klubun idman direktoru Aleksandr Şikunov 34 yaşlı yarımmüdafiəçiylə razılığa gəldiklərini açıqlayıb.

 

Qeyd edək ki, millimizin üzvü Ramil Şeydayev də "Krılya Sovetov"da çıxış edir.

Xəbər xətti